Yenilənib: Avqust 21, 2026 12:14 axşam
Ekvadorun Quayaqil şəhərində kadetlər arasında cüdo üzrə dünya çempionatına yekun vurulub. Turnirdə dünyanın 59 ölkəsindən 457 idmançı mübarizə aparıb.
48 kq çəki dərəcəsində İsrail təmsilçisi Ella Bar Lev dünya çempionatının qalibi olub. O, qızıl medala gedən yolda Azərbaycan təmsilçisi Könül Eyvazlı, Monqolustan təmsilçisi Mişil Aytanşaqal və Özbəkistan təmsilçisi Şaroz Nikmatova üzərində qələbə qazanıb.
Bar Lev yarımfinalda Braziliya təmsilçisi Mikaela Santosu, finalda isə Belçika cüdoçusu Maelis Dapoyu məğlub edərək dünya çempionu adını qazanıb.
Eyni çəki dərəcəsində digər İsrail təmsilçisi Aqam Sol Noy isə bürünc medal qazanıb.
Ella Bar Lev yarışdan sonra qələbəsini şərh edərkən əsas amilin öz gücünə inam olduğunu bildirib.
“Məsələ medallarda deyil, insanın daxilindəki gücdə və irəliyə doğru getmək əzmindədir. Qələbə qazanmaq əladır, lakin himnimizi eşitmək sehrli bir hissdir”, – deyə dünya çempionu vurğulayıb.
İdmançı qələbəsində ailəsinin və yaxınlarının dəstəyinin mühüm rol oynadığını da qeyd edib.
“Mən gücü ailəmdən və qürurlandırmaq istədiyim hər kəsdən alırdım. Hər döyüşdən əvvəl özümə söz verirəm ki, hər şey bitənə qədər heç vaxt sınmayacağam və təslim olmayacağam”, – deyə o əlavə edib.
Mənbə: newsru.co.il
