İsmayıllı rayonunun Hacıhətəmli kəndində keçirilən toy məclisi zamanı kütləvi zəhərlənmə hadisəsi baş verib.
Zəhərlənmə əlamətləri ilə 24 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Tibb müəssisəsindən verilən məlumata görə, xəstələrə ilkin tibbi yardım göstərilib və onların vəziyyəti yaxşılaşdığı üçün evə buraxılıblar.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hadisə ilə bağlı araşdırmalara başlayıb. Agentlik mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə hadisə yerində ilkin tədqiqat aparıb və laborator müayinələr üçün qida nümunələri götürüblər. Araşdırmaların nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.
AQTA yay aylarında keçirilən kütləvi tədbirlər zamanı qidaların saxlanma şəraitinə və temperatur rejiminə ciddi riayət olunmasının vacibliyini bir daha xatırladıb.
