Keniyada göyərtəsində xarici turist qrupunun olduğu helikopter qəzaya uğrayıb. Aviasiya hadisəsi Samburu dairəsində yerləşən Ololokve dağı rayonunda qeydə alınıb.
İlkin məlumatlara görə, helikopterdə yeddi nəfər olub. Hazırda sərnişinlərin vətəndaşlığı, eləcə də ölən və ya yaralananların olub-olmaması barədə məlumatlar dəqiqləşdirilir.
Hazırda axtarış-xilasetmə işlərini həyata keçirmək üçün hadisə yerinə xilasetmə dəstələri və yerli sakinlər cəlb olunub.
Mənbə: report.az
