3 Av 5786 17 iyul 2026 🕯️ Şam yandırma — 19:52, cümə Şabbatın çıxışı — 20:58, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Mədəniyyət Texnologiya Təhlil Podkastlar Təhsil
Sərhəddə kritik əməliyyat: “Hizbullah” silah dolu TIR ələ keçirildi

Sərhəddə kritik əməliyyat: “Hizbullah”a gedəb silah dolu TIR ələ keçirildi

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Suriya polisi Livandakı “Hizbullah” qruplaşmasına çatdırılması nəzərdə tutulan silah-sursat yükü ələ keçirib. 

Suriya Daxili İşlər Nazirliyinin məlumatına görə, təhlükəsizlik qüvvələri Suriya-İraq sərhədində həyata keçirilən əməliyyat zamanı şübhəli nəqliyyat vasitəsini saxlayıb. Axtarış zamanı yük yerində müxtəlif növ hərbi vasitələr, o cümlədən raketlər, tank əleyhinə idarəolunan silahlar və pilotsuz uçuş aparatları aşkarlanıb.

Nazirlik bildirib ki, ilkin araşdırmalar zamanı ələ keçirilən silahların Suriya ərazisindən tranzit keçərək Livandakı “Hizbullah”a çatdırılmasının planlaşdırıldığı müəyyən edilib. Hadisə ilə bağlı araşdırmaların davam etdiyi, qaçaqmalçılıq şəbəkəsində iştirak edən şəxslərin axtarışına başlandığı qeyd edilib. 

Məlumatda həmçinin vurğulanıb ki, Suriya ərazisinin silah qaçaqmalçılığı üçün istifadə edilməsinin qarşısının alınması təhlükəsizlik prioritetlərindən biri olaraq qalır.

Qeyd edək ki, “Hizbullah”ın Suriyada fəaliyyət göstərməsi ilə bağlı iddiaları qruplaşma rədd edir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Sərhəddə kritik əməliyyat: “Hizbullah”a gedəb silah dolu TIR ələ keçirildijnews.az səsləndirməsi