19 Elul 5786 1 sentyabr 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Bakıda bu məktəblə bağlı mühüm qərar: Yeni bina tikiləcək

Bakıda bu məktəblə bağlı mühüm qərar: Yeni bina tikiləcək

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅

Bakı şəhərində fəaliyyət göstərən 151 nömrəli tam orta məktəbin binasının sökülərək müasir standartlara uyğun şəkildə yenidən tikilməsi planlaşdırılır.

Yeni məktəb binasının Nəsimi rayonunda inşa olunacağı nəzərdə tutulur. Layihəyə əsasən, yeni təhsil müəssisəsi 624 şagird üçün nəzərdə tutulacaq və müasir tədris prosesinin təşkili üçün bütün zəruri şəraitlə təmin ediləcək.

Binanın tikintisi ilə yanaşı, onun lazımi mebel, inventar və avadanlıqlarla təchiz olunması da həyata keçiriləcək. Bununla da şagird və müəllimlərin istifadəsi üçün daha əlverişli və müasir təhsil mühiti yaradılacaq.

Layihənin icrası üçün ilkin olaraq təxminən 938 min 755 manat vəsaitin ayrılması nəzərdə tutulur.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →