Terrorçu qruplaşma HAMAS Fələstin hərəkatlarının "Sülh Şurası"nın ali nümayəndəsi Nikolay Mladenov tərəfindən təklif olunan Qəzza sektorundakı vəziyyətin nizamlanması üzrə "yol xəritəsi"nə cavabını verdiyini elan edib.
HAMAS-ın bəyanatına görə, vahid mövqe keçən həftə Qahirədə keçirilən danışıqlar zamanı formalaşıb. Bu danışıqlarda vasitəçi ölkələrin nümayəndələri: Qətər, Türkiyə və Misir iştirak edib.
Sənəddə Fələstin hərəkatlarının ABŞ prezidenti Donald Trampın planının ikinci mərhələsinə "məsuliyyətli" keçidə hazır olduğu bildirilir. Lakin vurğulanır ki, bunun üçün birinci mərhələnin tam icrası vacibdir.
"Bu, Qəzza sektorundakı Fələstin xalqına qarşı təcavüzün dayandırılmasını, sionist qoşunlarının tam çıxarılmasını, tammiqyaslı humanitar yardımın təmin edilməsini, inzibati komitənin yaradılmasını nəzərdə tutur", – hərəkatların cavabında qeyd olunur. Sənəddə Fələstin dövlətinin yaradılması tələbi də vurğulanır.