34 yaşlı futbolçu Abdulla Zubir “Qarabağ”dan ayrılıb. Oyunçu ilə mövcud əmək müqaviləsinə xitam verilməsi barədə Ağdam klubunun mətbuat xidməti məlumat verib.
Zubir 2018-ci ildən “Qarabağ”ın şərəfini qoruyurdu. Ağdam təmsilçisinin heyətində çıxış etdiyi dövr ərzində o, bütün turnirlərdə 369 matçda iştirak edib.
Klubdakı karyerası ərzində futbolçu 79 qol vurub və 96 məhsuldar ötürmə müəllifi olub.
Mənbə: apa.az
