Bakı-Qazax magistral yolunun Ucar rayonunun Ramal kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza zamanı “KamAZ” və “Ford” markalı yük avtomobilləri toqquşub. Hadisə nəticəsində iki nəfər aldığı xəsarətlərdən olay yerində həyatını itirib.
Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları ölən şəxslərin meyitlərini avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
