2 Av 5786 16 iyul 2026 🕯️ Şam yandırma — 19:52, cümə Şabbatın çıxışı — 20:58, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Mədəniyyət Texnologiya Təhlil Podkastlar Təhsil
Xaricdəki gənc yəhudilər üçün yeni diplomatiya proqramı: "Masa Diplomatiya"

Xaricdəki gənc yəhudilər üçün yeni diplomatiya proqramı: “Masa Diplomatiya”

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İsrail hökuməti xaricdə yaşayan gənc yəhudilərin ölkənin beynəlxalq imicinin gücləndirilməsində daha fəal iştirakını təmin etmək məqsədilə yeni “Masa Diplomatiya” proqramını təsdiqləyib.

Baş nazir Binyamin Netanyahu və xarici işlər naziri Gideon Saarın təşəbbüsü ilə hazırlanan proqramın əsas məqsədi iştirakçılara ictimai diplomatiya, beynəlxalq kommunikasiya və İsrail haqqında düzgün məlumatların beynəlxalq auditoriyaya çatdırılması sahəsində bilik və bacarıqlar qazandırmaqdır.

Hökumətin qərarına əsasən, layihənin icrası üçün 1 milyon şekel vəsait ayrılıb. 2026–2027-ci tədris ilində başlayacaq ilk mərhələdə 21-40 yaş arasında olan 70 nəfər proqramda iştirak edəcək. Layihə “Masa Israel Journey” təşkilatı tərəfindən həyata keçiriləcək.

Altı həftə davam edəcək təlim proqramına diplomatiya, kommunikasiya, ictimai çıxış, rəqəmsal informasiya mühiti və praktiki məşğələlər daxil olacaq. İştirakçılar diplomatlar və digər mütəxəssislərlə görüşərək əldə etdikləri bilikləri real layihələr üzərində tətbiq edəcəklər.

Baş nazir Binyamin Netanyahu bildirib ki, proqram İsrailin beynəlxalq mövqeyinin möhkəmləndirilməsinə, dünyada artan antisemitizm və dezinformasiyaya qarşı mübarizəyə, həmçinin dünya yəhudi icmaları ilə əlaqələrin daha da gücləndirilməsinə xidmət edəcək.

Qeyd edək ki, yeni təşəbbüs daha əvvəl həyata keçirilmiş pilot layihənin uğurlu nəticələri əsasında hazırlanıb və gələcəkdə daimi proqram kimi fəaliyyət göstərəcək.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Xaricdəki gənc yəhudilər üçün yeni diplomatiya proqramı: “Masa Diplomatiya”jnews.az səsləndirməsi