Müasir sionizmin banisi Teodor Hertslin baba və nənəsi Şimon və Rivka Hertslin qalıqları yaxın günlərdə Belqraddan İsrailə aparılacaq.
Ölkəyə gətirildikdən sonra onların qalıqları Yerusəlimdəki Hertsl dağında, nəvələrinin məzarının yanında yenidən dəfn ediləcək.
Qeyd olunur ki, məhz Şimon və Rivka Hertsl vaxtilə Teodor Hertsli öz ideologiyasını formalaşdırmağa ruhlandırıb və onun əsərlərinin ideya ilhamvericiləri olublar.
Mənbə: israelnationalnews.com
