Şuşa, 14 iyul – Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və slovakiyalı həmkarı Peter Pelleqrini mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Dövlət başçıları Azərbaycan ilə Slovakiya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər. Onlar siyasi dialoqun, iqtisadi əməkdaşlığın, enerji, nəqliyyat, ticarət və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Prezidentlər həmçinin regional və beynəlxalq gündəlikdə yer alan məsələlərə toxunaraq, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd ediblər.