İtaliyanın şimalındakı Boltsano şəhərində bu gün səhər saatlarında XX əsrin əvvəllərində inşa edilmiş məhkəmə binasının bir hissəsi çöküb.
İlkin məlumata görə, binanın təxminən dörddə biri dağılıb. Hadisə zamanı tikilidə təmir və genişləndirmə işləri aparılırmış.
Çökmə anında binanın daxilində üç nəfər olub. Onlardan yalnız biri yüngül xəsarət alıb.
İlkin ehtimallara görə, hadisəyə yenidənqurma işlərinin aparıldığı hissədə daşıyıcı sütunlarla bağlı problem səbəb olub.