9 Av 5786 23 iyul 2026 🕯️ Şam yandırma — 19:47, cümə Şabbatın çıxışı — 20:53, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Mədəniyyət Texnologiya Təhlil Podkastlar Təhsil
İsrail televiziyasının əfsanəsi Haim Yavin vəfat edib

İsrail televiziyasının əfsanəsi Haim Yavin vəfat edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İsrail televiziyasının yaradıcılarından biri, ölkənin ilk televiziya xəbər aparıcısı və “Cənab Televiziya” (Mr. Television) kimi tanınan jurnalist, rejissor və prodüser Haim Yavin 93 yaşında vəfat edib.

Ailəsinin yaydığı məlumata görə, Yavin iyulun 22-də dünyasını dəyişib. Onun dəfn mərasimi iyulun 24-də İsrailin Givat Ha-Şloşa qəbiristanlığında keçiriləcək.

Haim Yavin 1968-ci ildə İsrail tarixində ilk televiziya xəbər proqramı olan “Mabat” (“Mabat LaHadashot”) verilişinin ilk buraxılışını təqdim edib və sonrakı 40 il ərzində ölkənin ən nüfuzlu xəbər aparıcısı kimi fəaliyyət göstərib. O, 2008-ci ildə təqaüdə çıxana qədər dövlət televiziyasının simalarından biri olub.

Yavin yalnız xəbər aparıcısı kimi deyil, həm də sənədli film müəllifi və prodüseri kimi tanınıb. Onun ən məşhur ekran işlərindən biri 1991-ci ildə çəkilmiş “Közərən köz” (“Tleyuşiy uqolek”) sənədli serialıdır. Həmin ekran əsərində SSRİ-də yaşayan yəhudilərin həyatı və üzləşdikləri çətinliklər əks olunub. Bundan başqa, o, İsrailin siyasi həyatı və ərəb vətəndaşları haqqında da çoxsaylı sənədli layihələr hazırlayıb.

Jurnalist karyerası ərzində Yavin İsrail tarixinin ən mühüm hadisələrini işıqlandırıb. O, 1977-ci il parlament seçkilərində hakimiyyət dəyişikliyini təsvir etmək üçün efirdə ilk dəfə “mahapax” (“dönüş”, “hakimiyyət dəyişikliyi”) ifadəsini işlədib. Həmçinin, 1995-ci ildə Baş nazir İsxak Rabinin qətlə yetirildiyini televiziya vasitəsilə xalqa elan edən ilk jurnalist olub.

Haim Yavinin media sahəsində xidmətləri yüksək qiymətləndirilib. O, 1997-ci ildə jurnalistika və kommunikasiya sahəsində fəaliyyətinə görə İsrail Mükafatına, 2003-cü ildə isə İsrail Kinematoqrafiya və Televiziya Akademiyasının mükafatına layiq görülüb.

İsrail Prezidenti İsxak Hersoq başsağlığı mesajında bildirib ki, Haim Yavin onilliklər ərzində israilliləri ölkənin tarixində ən mühüm hadisələr zamanı peşəkarlıq və məsuliyyətlə məlumatlandırıb. Prezident vurğulayıb ki, onun səsi və siması İsrail dövlətinin tarixinin ayrılmaz hissəsinə çevrilib və ölkənin media məkanında silinməz iz qoyub.

Həmkarımızın vəfatı ilə bağlı Jnews.az kolektivi adından ailəsinə başsağlığı verir, Uca Allahdan rəhmət diləyirik.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
İsrail televiziyasının əfsanəsi Haim Yavin vəfat edibjnews.az səsləndirməsi