İsrailin müdafiə naziri İsrael Kats Baş Qərargah rəisi Eyal Zamir ilə birlikdə bütün cəbhələr üzrə vəziyyəti qiymətləndirib.
Nazirin sözlərinə görə, İranın nüvə proqramına ciddi zərbə endirərək ölkə vətəndaşları üçün mövcud təhlükə aradan qaldırılıb.
İ. Kats bildirib ki, İsrail ordusu zərurət yarandığı təqdirdə İrana qarşı müstəqil hərbi əməliyyat keçirməyə hər zaman hazır olmalıdır.
Müdafiə Nazirliyində keçirilən müşavirədə Qəzza zolağındakı vəziyyət də müzakirə olunub. Hərbi rəhbərlik naziri məlumatlandırıb ki, ordunun nəzarətində olan “sarı xətt”ə bitişik yeraltı tunellərin 88 faizi məhv edilib.
İsrail rəsmiləri bölgədəki təhlükəsizlik vəziyyətini diqqətdə saxladıqlarını və ordunun bütün ssenarilərə hazır olduğunu bildiriblər.