17 Elul 5786 30 avqust 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Bu gündən yenilənmiş 100 manatlıq pul istifadəyə veriləcək

Bu gündən yenilənmiş 100 manatlıq pul istifadəyə verilib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
İqtisadiyyat
📅

Azərbaycan Mərkəzi Bankı tərəfindən yenilənmiş 100 manatlıq əsginaslar bu gündən dövriyyəyə daxil edilir.

Əsas yeniliklər:

  • Təhlükəsizlik: 3D holoqram, “Spark Flow Prime” dinamik elementi, su nişanı, mühafizə sapı və xüsusi qabarıq xətlər (görmə məhdudiyyətli şəxslər üçün) tətbiq olunub.

  • Dizayn: Əsginasın arxa tərəfi müasir trendlərə uyğun şaquli dizaynda hazırlanıb.

  • İmza: Ön tərəfdə Mərkəzi Bankın sədri Taleh Kazımovun imzası yer alır.

Yenilənmiş pul nişanı hazırkı 100 manatlıq əsginaslarla paralel olaraq, heç bir məhdudiyyət olmadan dövriyyədə olacaq.

jnews.az redaksiyasının orijinal materialı.
PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →