24 Tammuz 5786 9 iyul 2026 🕯️ Şam yandırma — 19:55, cümə Şabbatın çıxışı — 21:02, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Təhlil Mədəniyyət Podkastlar Təhsil
Bakı və Daşkənd Xəzərdə birgə donanma yaratmağa hazırlaşır

Bakı və Daşkənd Xəzərdə birgə donanma yaratmağa hazırlaşır

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Özbəkistan və Azərbaycan Xəzər dənizində birgə donanmanın yaradılması istiqamətində işləri davam etdirir.

Bu barədə Özbəkistanın investisiya, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev “Report” agentliyinə müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, layihə çərçivəsində Özbəkistanın “Uztemiryulkargo” şirkəti ilə Azərbaycanın Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) arasında dəniz logistikası sahəsində birgə müəssisənin yaradılması istiqamətində də danışıqlar aparılır.

Nazir müavini bildirib ki, təşəbbüsün əsas məqsədi yükdaşımalarının daha səmərəli təşkili, logistika xərclərinin azaldılması və hər iki ölkənin ixrac potensialının genişləndirilməsidir.

Bununla yanaşı, Bakı Limanında özbək ixracatçıları üçün əlavə güzəştlərin tətbiqi də müzakirə olunur. Söhbət yüklərin aşırılması xidmətlərinə endirimlərin verilməsi, daha sərfəli tariflərin hazırlanması, logistika prosedurlarının sadələşdirilməsi və konteyner yüklərinə üstünlük verilməsindən gedir.

Xurram Teşabayev qeyd edib ki, son illərdə Orta Dəhliz üzrə yükdaşımalarının həcmi davamlı olaraq artır, daşınan məhsulların çeşidi genişlənir və Azərbaycanla Özbəkistanın logistika şirkətləri arasında əməkdaşlıq daha da möhkəmlənir.

O vurğulayıb ki, Bakı Limanı Özbəkistan məhsullarının Orta Dəhliz vasitəsilə beynəlxalq bazarlara çıxışında strateji əhəmiyyət daşıyır.

Nazir müavininin sözlərinə görə, nəqliyyat və logistika sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi iki ölkə arasında ticarət dövriyyəsinin artmasına, Orta Dəhlizin rəqabət qabiliyyətinin güclənməsinə və bütövlükdə regionun tranzit imkanlarının genişlənməsinə mühüm töhfə verəcək.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Bakı və Daşkənd Xəzərdə birgə donanma yaratmağa hazırlaşırjnews.az səsləndirməsi