23 Tammuz 5786 8 iyul 2026 🕯️ Şam yandırma — 19:55, cümə Şabbatın çıxışı — 21:02, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Təhlil Mədəniyyət Podkastlar Təhsil
Azərbaycanda bu tələbə və şagirdlərə PUL ÖDƏNİLƏCƏK

Azərbaycanda bu tələbə və şagirdlərə PUL ÖDƏNİLƏCƏK

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Təhsil
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Milli Məclisin plenar iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna təklif edilən dəyişikliklər birinci oxunuşda qəbul edilib.

Qanun layihəsi ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkən şəxslərin icbari sığortaya çıxış imkanlarının genişləndirilməsi, həmçinin beynəlxalq təcrübəyə uyğun yeni mexanizmlərin tətbiqi nəzərdə tutulur.

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

Deputatın sözlərinə görə, mühüm yeniliklərdən biri könüllü fəaliyyət göstərən şəxslər, eləcə də istehsalat təcrübəsi keçən tələbə və şagirdlərlə bağlıdır. Hazırkı qanunvericilikdə könüllülərin icbari sığortalanması nəzərdə tutulsa da, sığorta haqqının ödənilməsi mexanizmi müəyyən edilmədiyindən, xüsusilə təcrübə müddətində sığorta hadisəsi baş verən tələbələr ödəniş ala bilmirdilər.

Təklif edilən dəyişikliklərə əsasən, könüllülər üçün sığorta haqqı onlarla bağlanmış müqavilə qüvvəyə mindikdən, istehsalat təcrübəsi keçən tələbə və şagirdlər üçün isə təcrübənin başlandığı tarixdən etibarən 15 iş günü ərzində ödəniləcək. Bununla da qanun qüvvəyə mindikdən sonra sığorta hadisəsi baş verərsə, həmin şəxslər də sığorta ödənişindən yararlana biləcəklər.

Qanun layihəsində digər mühüm dəyişiklik isə birdəfəlik sığorta ödənişinin əlillik statusuna deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə əsasən müəyyənləşdirilməsidir.

Hazırda qüvvədə olan qaydalara görə, orqanizmin funksiyalarının 30 faizə qədər pozulması hallarında şəxsə əlillik təyin edilmir. Bu səbəbdən istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində zərər görən, lakin əlillik statusu ala bilməyən şəxslər sığorta ödənişindən kənarda qalırdılar.

Yeni dəyişiklik qəbul olunacağı təqdirdə, birdəfəlik sığorta ödənişi zərərçəkənin əlillik dərəcəsinə görə deyil, peşə əmək qabiliyyətini hansı həcmdə itirməsinə əsasən hesablanacaq. Bu isə istehsalat qəzaları nəticəsində zərər çəkmiş daha çox vətəndaşın sığorta təminatından faydalanmasına imkan verəcək.

Deputat Vüqar Bayramov bildirib ki, qanuna təklif olunan dəyişikliklər icbari sığorta sisteminin əhatə dairəsini genişləndirəcək, sığorta ödənişlərinə çıxışı asanlaşdıracaq və daha çox şəxsin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Azərbaycanda bu tələbə və şagirdlərə PUL ÖDƏNİLƏCƏKjnews.az səsləndirməsi