3 Av 5786 17 iyul 2026 🕯️ Şam yandırma — 19:52, cümə Şabbatın çıxışı — 20:58, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Mədəniyyət Texnologiya Təhlil Podkastlar Təhsil
Bakıda beynəlxalq süni intellekt mərkəzi yaradılır

Bakıda beynəlxalq süni intellekt mərkəzi yaradılır

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Texnologiya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə süni intellekt təhlükəsizliyi sahəsində fəaliyyət göstərən beynəlxalq startap “Polygraf AI” arasında Anlaşma Memorandumu imzalanıb.

Bu sənəd Azərbaycanın innovasiya və rəqəmsal inkişaf ekosisteminin gücləndirilməsi, süni intellekt texnologiyalarının təhlükəsiz tətbiqi, yerli mütəxəssislərin hazırlanması və ölkənin regional innovasiya mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsini nəzərdə tutur.

Əməkdaşlıq çərçivəsində Bakıda Mərkəzi Asiya və Yaxın Şərq regionuna xidmət göstərəcək regional Mükəmməllik Mərkəzi yaradılacaq, süni intellekt, kibertəhlükəsizlik və məlumatların məxfiliyi sahələrində təlim proqramları, pilot layihələr və tətbiqi tədqiqatlar həyata keçiriləcək.

Tərəflər həmçinin Azərbaycan startap ekosisteminin inkişafına, beynəlxalq investisiyaların cəlbinə və yerli rəqəmsal məhsulların xarici bazarlara, xüsusilə Afrika ölkələrinə çıxışının genişləndirilməsinə dəstək verəcəklər.

Qeyd edək ki, “Polygraf AI” azərbaycanlı sahibkar Yaqub Rəhimov tərəfindən təsis edilib və süni intellekt təhlükəsizliyi sahəsində hazırladığı texnologiyalar dünyanın müxtəlif ölkələrində dövlət və korporativ sektorda tətbiq olunur. Şirkət beynəlxalq analitik qurumlar tərəfindən tanınıb və son illərdə milyonlarla dollar investisiya cəlb edib.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Bakıda beynəlxalq süni intellekt mərkəzi yaradılırjnews.az səsləndirməsi