Yenilənib: Avqust 14, 2026 10:00 səhər
Vətəndaşların Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə qayıdışı prosesinin davamı çərçivəsində keçmiş məcburi köçkünlərin növbəti qrupu Xankəndi şəhərinə çatıb. Bu mərhələdə 22 ailə, yəni 102 nəfər doğma yurduna köçürülüb.
Vətəndaşların qayıdışı Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq planlı şəkildə həyata keçirilir. Xankəndiyə qayıdan ailələr əvvəllər ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.
Sakinlər dövlət tərəfindən göstərilən daimi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Vətəndaşlar, həmçinin torpaqları işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə təşəkkür edib, şəhidlərin xatirəsini ehtiramla anıblar.
Mənbə: Jnews.az
