Yenilənib: Avqust 13, 2026 2:10 axşam
“SpaceX” şirkətinin rəhbəri İlon Mask şirkətin süni intellekt sahəsində fəaliyyət göstərən İsrail startapını satın almaq üçün danışıqlar apardığı barədə yayılan məlumatları təkzib edib.
Daha əvvəl KİV-də “SpaceX”-in İsrail startapını bir neçə milyard dollar müqabilində satın ala biləcəyi barədə xəbərlər yayılmışdı.
Lakin İ. Mask sövdələşmə ilə bağlı hər hansı danışıqların aparıldığını açıq şəkildə rədd edib.
Bununla da “SpaceX”-in İsrail startapının satın alınması ilə bağlı yayılan məlumatların hazırda təsdiqlənmədiyi məlum olub.
Mənbə: haaretz.com
