Yenilənib: Avqust 12, 2026 6:00 axşam
İsrail Müdafiə Qüvvələri (SAXAL) Livanın cənubunda yerləşən Bufort bölgəsində təxminən 50 gün davam edən hərbi əməliyyatın başa çatdığını elan edib.
İsrail ordusunun verdiyi məlumata əsasən, “Hizbullah” təşkilatı Bufort ərazisindən özünün əsas dayaq məntəqələrindən biri kimi istifadə edib.
Əməliyyat zamanı “Hizbullah”a məxsus 300-dən çox infrastruktur obyekti, həmçinin silah-sursat anbarları və hərbi məqsədlər üçün istifadə olunan müxtəlif vasitələr məhv edilib.
Açıqlamada bildirilir ki, bu əməliyyatın keçirilməsində əsas məqsəd bölgədə “Hizbullah”ın hərbi imkanlarını zəiflətmək və İsrailə qarşı yarana biləcək təhlükələrin qarşısını almaq olub.


