Ukrayna Prezidenti Vladimir Zelenski gecə saatlarında Rusiyanın Novorossiysk şəhərində yerləşən hərbi-dəniz bazasına zərbələr endirdiyini açıqlayıb.
V. Zelenskinin sözlərinə görə, Novorossiysk Rusiya donanmasının Qara dənizdəki əsas dayaq məntəqələrindən biridir və cəbhə xəttindən 300 kilometrdən çox məsafədə yerləşir.
Ukrayna prezidenti hücum zamanı “Palyanitsya” reaktiv pilotsuz uçuş aparatlarından, “Neptun” raketlərindən və dəniz pilotsuz sistemlərindən istifadə edildiyini bildirib.
Onun sözlərinə görə, zərbələr nəticəsində Rusiya hava hücumundan müdafiə mövqeləri, yanalma qurğuları və Novorossiysk limanının infrastrukturu hədəfə alınıb.
“Bu gecə Ukrayna Müdafiə Qüvvələri Novorossiyskdəki hərbi-dəniz bazasına qarşı unikal əməliyyat həyata keçirib”, – deyə Zelenski bildirib.
Əməliyyatın əsas hədəfləri Rusiya donanmasının Qara dənizdəki fəaliyyətinin təmin edilməsində mühüm rol oynayan hərbi və liman infrastrukturuna zərər vurmaq olub.
