“Azərbaycan Hava Yolları” (AZAL) avqust və sentyabr aylarında Bakı–Naxçıvan–Bakı marşrutu üzrə sərnişin tələbatının yüksək olduğunu açıqlayıb. Aviaşirkət bu səbəbdən vətəndaşlara səfərlərini əvvəlcədən planlaşdırmağı tövsiyə edib.
AZAL-ın yaydığı məlumata əsasən, sərnişinlərin uçuşlarda yer çatışmazlığı problemi ilə üzləşməmələri üçün aviabiletləri mümkün qədər tez bron etmələri və öncədən əldə etmələri xahiş olunur.
Milli aviadaşıyıcı, aynı zamanda, səyahət edəcək şəxslərə uçuş tarixlərini əvvəlcədən dəqiqləşdirməyi və planlarını bu tarixlərə uyğun şəkildə qurmağı çağırıb.
