İsrail Müdafiə Qüvvələri (SAXAL) bölmələrinin Qəzza zolağından çıxarılması HƏMAS qruplaşması tam tərksilah olunana qədər baş tutmayacaq. Bu barədə bazar günü Yerusəlimdə keçirilən kabinet iclasında İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
B. Netanyahu vurğulayıb ki, qruplaşmanın tərksilah edilməsi real olmalı və istənilən silahlardan imtinanı əhatə etməlidir.
Baş nazirin sözlərinə görə, Yerusəlim Donald Tramp administrasiyası ilə vəziyyəti müzakirə etməyə davam edir. B. Netanyahu qeyd edib ki, ABŞ tərəfinin təklifləri var, onların bir hissəsi İsrail üçün məqbuldur, bir hissəsi isə yox.
.
Mənbə: jns.org
