17 Elul 5786 30 avqust 2026 🕯️ Şam yandırma — 18:51, cümə Şabbatın çıxışı — 19:57, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
ABŞ Konqresində Azərbaycanın dini müxtəlifliyi müzakirə olunub

ABŞ Konqresində Azərbaycanın dini müxtəlifliyi müzakirə olunub

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅

ABŞ Konqresində Azərbaycanın dini müxtəlifliyinə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə Azərbaycanın dinlərarası həmrəylik modeli və ölkəmizdə mövcud olan nümunəvi dini mühit beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

Dəyirmi masada çıxış edən Bakı Sefarad Yəhudiləri İcmasının rəhbəri ravvin Zamir İsayev bu platformada təmsil olunmağın böyük şərəf olduğunu vurğulayıb.

O, Azərbaycan Bibliya Cəmiyyətinin sədri və “Üzüm Bağı” protestant icmasının rəhbəri Rasim Xəlilovun da bu tədbirdə iştirak etmək üçün onunla birlikdə ABŞ-a gəldiyini qeyd edib.

Zamir İsayev: Rasim Xəlilova təşəkkür edirəm. Bizim bu tədbirdə birgə iştirakımız Azərbaycanda əsrlər boyu formalaşmış dinlərarası hörmətin, dostluğun və birliyin bariz nümunəsidir.

Zamir İsayev vurğulayıb ki, Azərbaycanın dinlərarası həmrəylik modeli dünyada sülh və dözümlülük üçün mühüm əhəmiyyət kəsb edir.

Tədbirin sonunda iştirakçılar məzmunlu müzakirələrə və səmimi qəbula görə təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Azərbaycanın bu cür yüksək və nüfuzlu platformalarda təmsil olunması ölkəmizin multikultural və tolerant dəyərlərinin dünyaya tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →