1 Av 5786 15 iyul 2026 🕯️ Şam yandırma — 19:52, cümə Şabbatın çıxışı — 20:58, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Mədəniyyət Texnologiya Təhlil Podkastlar Təhsil
Bakıda OPEC+ Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin ilk iclası keçirilir

Bakıda OPEC+ Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin ilk iclası keçirilir

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
İqtisadiyyat
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Bu gün Bakıda OPEC+ Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin ilk iclasına start verilib.

İclasda OPEC-ə üzv ölkələrin və Xartiyaya qoşulan dövlətlərin nümayəndələri iştirak edirlər. Tədbirə OPEC-in baş katibi Haysam əl-Qaysın rəhbərlik etdiyi yüksəksəviyyəli nümayəndə heyəti də qatılıb.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov iclasda çıxışı zamanı bildirib ki, tədbirin Bakıda keçirilməsi Azərbaycanın həm dünya neft sənayesinin tarixində, həm də müasir beynəlxalq enerji əməkdaşlığının inkişafındakı roluna verilən yüksək qiymətin göstəricisidir.

Nazir vurğulayıb ki, OPEC+ çərçivəsində əsas məqsəd qlobal enerji bazarında tələb və təklif arasında balansın qorunmasıdır.

Pərviz Şahbazov: Əsas məqsədimiz tələb və təklif arasında tarazlığın saxlanılmasıdır. Bu, OPEC+ çərçivəsində əməkdaşlığa sadiqliyimizin bariz göstəricisidir. Azərbaycan bundan sonra da dünya enerji bazarında sabitliyin qorunmasına və OPEC+ çərçivəsində beynəlxalq əməkdaşlığın inkişafına öz töhfəsini verməyə davam edəcək.

jnews.az redaksiyasının orijinal materialı.
PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Bakıda OPEC+ Əməkdaşlıq Xartiyasının Texniki Komitəsinin ilk iclası keçirilirjnews.az səsləndirməsi