Bakı, 14 iyul – Milli Məclis “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini bir oxunuşda qəbul edib.
Dəyişikliyə əsasən, qaz qurğularının xəritələrinin (sxemlərinin) sifarişçilərə verilməsi üçün tətbiq olunan 20 manatlıq dövlət rüsumu ləğv edilir.
Bu qərar yeni “Qaz təchizatı haqqında” qanunun tələblərinə uyğun olaraq qəbul edilib. Belə ki, yeni qanunvericilikdə sözügedən xidmətin ödənişli olması nəzərdə tutulmadığı üçün, “Dövlət rüsumu haqqında” qanunda da müvafiq tənzimləmə aparılıb.