Bakı, 13 İyul – Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda yaşayan pensiyaçıların iyul ayı üzrə pensiyaları sabah ödəniləcək.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin pensiyaları da bu ay müəyyən edilmiş qrafikə uyğun şəkildə ödəniləcək.