24 Av 5786 7 avqust 2026 🕯️ Şam yandırma — 19:32, cümə Şabbatın çıxışı — 20:38, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət İdman Texnologiya Təhlil Podkastlar Təhsil
SON DƏQİQƏ: Filippində güclü zəlzələ baş verib

SON DƏQİQƏ: Filippində güclü zəlzələ baş verib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Filippinin qərbində yerləşən Oksidental Mindoro vilayəti sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar yerli vaxtla saat 10:38-də baş verib. Filippin Vulkanologiya və Seysmologiya İnstitutunun (PHIVOLCS) məlumatına əsasən, zəlzələnin episentri Oksidental Mindoro vilayətinin Mamburao şəhərindən təxminən 21 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar ölkənin paytaxtı Manila da daxil olmaqla bir sıra bölgələrdə hiss olunub. Paytaxtdakı ofis binalarında güclü silkələnmə hiss edilib. Ehtiyat tədbiri olaraq dövlət qurumlarından birinin əməkdaşları binadan təxliyə olunublar.

PHIVOLCS-un ilkin qiymətləndirməsinə əsasən, zəlzələ nəticəsində ciddi dağıntı və ya insan tələfatı gözlənilmir. Bununla belə, qurum bölgədə afterşokların baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Filippin “Sakit okean Alov halqası” adlanan yüksək seysmik aktivlik zonasının üzərində yerləşdiyi üçün ölkədə mütəmadi olaraq zəlzələlər və vulkan püskürmələri qeydə alınır.

Mənbə: “Reuters”

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
SON DƏQİQƏ: Filippində güclü zəlzələ baş veribjnews.az səsləndirməsi