Bakının mərkəzində obyektlərdən birinin ərazisində yanğın qeydə alınıb. Hadisə paytaxtın Səbail rayonundakı Yusif Məmmədəliyev küçəsində yerləşən binada baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, hadisə yerində yanğının ləğv edilməsi üçün qəza-xilasetmə xidmətləri işləyir. Yanğının söndürülməsinə qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə binada olan mülki şəxslər xilasedicilər tərəfindən operativ şəkildə təhlükəsiz zonaya təxliyə edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Mənbə: Jnews.az