27 Tammuz 5786 12 iyul 2026 🕯️ Şam yandırma — 19:52, cümə Şabbatın çıxışı — 20:58, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Təhlil Mədəniyyət Podkastlar Təhsil
İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələrin açılışını edib

İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələrin açılışını edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Qarabağ, 11 İyul – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də işğaldan azad edilmiş ərazilərə səfəri çərçivəsində Laçın, Şuşa və Xankəndi şəhərlərində bir sıra mühüm infrastruktur, energetika, mədəniyyət və turizm obyektlərinin açılışında iştirak edib, yeni layihələrin təməlini qoyub.

Laçında iri su anbarının təməli qoyulub və 3 yeni SES açılıb

Səfər çərçivəsində dövlətimizin başçısı Laçın rayonunda Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr olan “Həkəriçay” su anbarının təməlini qoyub. Layihə çərçivəsində saniyədə 8 kubmetr suburaxma qabiliyyətinə malik 172 kilometrlik magistral boru kəməri inşa ediləcək. Bu infrastruktur Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonlarında təqribən 700 min nəfəri keyfiyyətli içməli su ilə təmin edəcək. Magistral kəmərin üzərində, həmçinin ümumi gücü 10.81 MVt olan 3 su elektrik stansiyasının (SES) tikintisi nəzərdə tutulur.

Daha sonra Prezident İlham Əliyev Laçında Hoçaz çayı üzərində yerləşən 14,7 MVt-lıq “Ağbulaq-1”, 14,25 MVt-lıq “Ağbulaq-2” və 4 MVt-lıq “Şeylanlı” su elektrik stansiyalarının onlayn formatda açılışını edib. Müasir SCADA sistemləri ilə təchiz olunmuş bu stansiyalar il ərzində ümumilikdə 200 milyon kilovat-saatdan çox “yaşıl” elektrik enerjisi istehsal edəcək. Bununla da ildə 45 milyon kubmetr təbii qaza qənaət olunacaq və atmosferə 80 min ton karbon emissiyasının atılmasının qarşısı alınacaq. Qeyd olunub ki, Laçın rayonunun hazırkı elektrik tələbatı tam olaraq yerli yaşıl enerji hesabına ödənilir.

Şuşada tarixi abidələr bərpa olunur, dövlət-özəl sektor tərəfdaşlığı genişlənir

Dövlət başçısının növbəti dayanacağı Şuşa şəhəri olub. Prezident burada tanınmış Azərbaycan musiqiçisi, tarzən və bəstəkar Sadıqcanın işğal dövründə dağıdılmış evinin bərpadan sonra ev-muzeyi kimi açılışında iştirak edib. Muzey kompleksində Sadıqcanın həyat və yaradıcılığına həsr olunmuş ekspozisiya sahələri, konsert zalı və musiqi alətləri emalatxanası yaradılıb. Binanın qarşısında Əməkdar rəssam Rəşad Mehdiyevin müəllifi olduğu, Şuşanın musiqi irsinə ithaf edilən “Əbədiyyətin səsi” heykəltaraşlıq kompozisiyası ucaldılıb.

Prezident İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən inşa edilmiş 10 yeni bina (mehmanxana, apart hotellər, ofislər) və Heydər Əliyev Fondu tərəfindən bərpa edilən butik konseptli “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub.

Xankəndidə müasir turizm kompleksi: “Xankəndi” hoteli istifadəyə verilib

Səfər proqramı çərçivəsində Prezident İlham Əliyev Xankəndi şəhərində yüksək standartlara cavab verən “Xankəndi” hotelinin açılışını edib. Dördmərtəbəli, 101 otaqdan ibarət olan oteldə eyni vaxtda 236 qonağın rahat dincəlməsi üçün hər bir şərait yaradılıb. Kompleksdə kafe, restoranlar və idman zalı fəaliyyət göstərəcək. Hoteldə işlə təmin olunacaq 45 nəfərdən 20-si məhz işğaldan azad edilmiş şəhər və rayonların sakinləridir.

Həyata keçirilən bu layihələr Qarabağ və Şərqi Zəngəzurun sürətli yenidənqurma dinamikasını, bölgənin “yaşıl enerji zonası”na çevrilməsini və regionun böyük turizm potensialını bir daha nümayiş etdirir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda mühüm layihələrin açılışını edibjnews.az səsləndirməsi