25 Tammuz 5786 10 iyul 2026 🕯️ Şam yandırma — 19:55, cümə Şabbatın çıxışı — 21:02, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Təhlil Mədəniyyət Podkastlar Təhsil
Hindistanın yeni səfiri Qubadakı Dağ Yəhudiləri Muzeyini ziyarət edib

Hindistanın yeni səfiri Qubadakı Dağ Yəhudiləri Muzeyini ziyarət edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Mədəniyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abhay Kumar Quba rayonuna səfəri çərçivəsində Dağ Yəhudiləri Muzeyini ziyarət edib.

Səfər zamanı diplomatik missiya rəhbərinə muzeyin yaranma tarixi, çoxşaxəli fəaliyyəti və burada sərgilənən zəngin eksponatlar haqqında ətraflı məlumat verilib.

Eyni zamanda, səfirə Azərbaycanda məskunlaşan dağ yəhudilərinin qədim tarixi və özünəməxsus mədəniyyəti, eləcə də ölkəmizdə əsrlərdir mövcud olan nümunəvi tolerantlıq və multikulturalizm ənənələri barədə geniş bəhs olunub.

Qırmızı Qəsəbədəki tanışlığını davam etdirən Abhay Kumar yerli tarixi sinaqoqları da ziyarət edib. Səfirə bu ibadət ocaqlarının tarixi, dini və mədəni əhəmiyyəti, habelə qəsəbənin yəhudi icması üçün rolu barədə müfəssəl məlumat təqdim olunub.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Hindistanın yeni səfiri Qubadakı Dağ Yəhudiləri Muzeyini ziyarət edibjnews.az səsləndirməsi