25 Tammuz 5786 10 iyul 2026 🕯️ Şam yandırma — 19:55, cümə Şabbatın çıxışı — 21:02, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Təhlil Mədəniyyət Podkastlar Təhsil
Keçmiş israilli general İranın gizli planlarını açıqladı: “Bizim üçün ən böyük təhlükədir”

Keçmiş israilli general İranın gizli planlarını açıqladı: “Bizim üçün ən böyük təhlükədir”

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Təhlil
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İran hazırda diqqətini birbaşa İsrailə deyil, ərəb ölkələrində yerləşən ABŞ hərbi bazalarına yönəldib. Bu barədə İsrail Müdafiə Nazirliyinin keçmiş yüksək vəzifəli rəsmisi, ehtiyatda olan general-mayor Amos Gilad bildirib.

Hazırda Rayxman Universiteti nəzdində Siyasət və Strategiya İnstitutuna rəhbərlik edən Amos Gilad “103FM” radiosuna müsahibəsində deyib ki, İranın son hücumlarının əsas məqsədi ABŞ-ni regionda daha geniş qarşıdurmaya cəlb etməkdir.

Onun sözlərinə görə, İsrailin güclü cavab vermək potensialı Tehranı ehtiyatlı davranmağa məcbur edir.

“Fərq ondadır ki, bizim çox güclü cavab imkanlarımız var. Amerikalılar da güclə cavab verirlər, lakin ərəb ölkələri eyni reaksiyanı göstərmirlər. Görünür, İran hazırda ərəb ölkələrindəki ABŞ bazalarına diqqət yetirib. Məqsəd Vaşinqtonu İranla qarşıdurmaya daha dərindən cəlb etməkdir”.

Keçmiş israilli hərbçi hesab edir ki, bölgədəki hazırkı gərginliyin mərkəzində nüvə proqramı və ya ballistik raketlər deyil, Hörmüz boğazı uğrunda geosiyasi mübarizə dayanır.

Onun sözlərinə görə, İran bu boğaza tam nəzarət etməyə çalışır. Tehran bunu həm neft ixracından böyük gəlir əldə etmək, həm də strateji təzyiq vasitəsinə çevirmək niyyətindədir.

Bununla yanaşı, Amon Gilad İsrail üçün əsas təhlükənin dəyişmədiyini vurğulayıb.

“İran bizim üçün ən böyük təhlükədir. Tehran İsraili məhv etmək niyyətindən əl çəkməyib”.             

Amon Giladın fikrincə, İranın İsrailə qarşı uzunmüddətli strategiyası üç əsas istiqamətə söykənir: regiondakı silahlı müttəfiq qruplardan, o cümlədən “Hizbullah”dan istifadə, ballistik raket potensialının inkişafı və nüvə proqramının davam etdirilməsi.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Keçmiş israilli general İranın gizli planlarını açıqladı: “Bizim üçün ən böyük təhlükədir”jnews.az səsləndirməsi