12 Elul 5786 25 avqust 2026 🕯️ Şam yandırma — 19:03, cümə Şabbatın çıxışı — 20:08, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Kəlbəcərdə mina partlayışı: Xəsarət alan yoxdur

Kəlbəcərdə mina partlayışı: Xəsarət alan yoxdur

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Hadisələr
📅

Kəlbəcər və Laçın rayonlarının sərhədində yerləşən yaylaq ərazisində mina partlayışı qeydə alınıb.

Hadisə yerli əhalinin təsərrüfat fəaliyyəti ilə məşğul olduğu zaman baş verib. İlkin məlumata görə, partlayış nəticəsində insan tələfatı və ya xəsarət alan olmayıb. İnsidentin təsiri nəticəsində otlaq sahəsində olan xırdabuynuzlu heyvanlara ziyan dəydiyi bildirilir.

Qeyd edək ki, sözügedən ərazi mina təhlükəsinin yüksək olduğu bölgələrdəndir və ötən dövrlərdə də burada oxşar mina partlayışları baş verib. Müvafiq qurumlar vətəndaşları minadan təmizlənməmiş ərazilərə daxil olmamağa və təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →