25 Tammuz 5786 10 iyul 2026 🕯️ Şam yandırma — 19:55, cümə Şabbatın çıxışı — 21:02, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Təhlil Mədəniyyət Podkastlar Təhsil
İsrail İrana qarşı yeni hərbi əməliyyata hazırlaşır?

İsrail İrana qarşı yeni hərbi əməliyyata hazırlaşır?

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İsrail ABŞ-ın İrana qarşı mümkün yeni hərbi əməliyyatlarına qoşulmağa hazırdır. Lakin bu istiqamətdə yekun qərarın ABŞ Prezidenti Donald Trampın mövqeyindən asılı olduğu bildirilir.

Bu barədə İsrailin “Kan” televiziyası və ABŞ-ın “The New York Post” nəşri məlumat yayıb.

Məlumata görə, İsrail rəhbərliyində İrana qarşı hərbi əməliyyatların bərpasını dəstəkləyən qüvvələr var. Bununla belə, rəsmi Təl-Əviv Vaşinqtonun siyasi dəstəyini və razılığını gözləyir. Mənbələrin sözlərinə görə, İsraildə ABŞ və İran arasında qarşılıqlı hərbi zərbələrin yaxın günlərdə yenidən intensivləşə biləcəyi ehtimalı da nəzərdən keçirilir.

“The New York Post” qəzetinin Yerusəlimdəki mənbəyə istinadən yaydığı məlumata əsasən, İsrail gələcək hərbi əməliyyatlarda iştirak etməkdə və İrana qarşı müharibənin yenidən başlanmasında maraqlıdır.

“Əgər buna ehtiyac yaranarsa, biz bunu yenidən etməyə hazırıq”, – deyə nəşrin həmsöhbəti bildirib.

Mənbə qeyd edib ki, İsrail hakimiyyəti ölkə vətəndaşlarının yenidən mütəmadi olaraq sığınacaqlara enməsini istəmir. Bununla belə, Təl-Əviv hesab edir ki, İranda baş verən hadisələr fonunda kənarda qalmaq mümkün deyil.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
İsrail İrana qarşı yeni hərbi əməliyyata hazırlaşır?jnews.az səsləndirməsi