Qazaxıstanın Aktöbə vilayətində güclü küləyin törətdiyi fəsadlar nəticəsində rabitə qülləsi mağazanın üzərinə aşıb.
Hadisə vilayətin qərb hissəsində baş verib. Güclü küləyin təsiri ilə aşan rabitə qülləsi mağazaya ciddi ziyan vurub. İlkin məlumata görə, insident nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bundan əlavə, əlverişsiz hava şəraiti səbəbindən bölgədə bir neçə digər obyektə də zərər dəyib.
Aktöbə vilayətinin administrasiyası hadisənin baş verdiyi rayonda fövqəladə vəziyyət rejiminin elan olunduğunu açıqlayıb.
Hazırda ərazidə qəza və xilasedici xidmətlərin əməkdaşları bərpa işlərini davam etdirir.