İran tərəfindən İordaniya istiqamətinə ballistik raketlərin buraxıldığı bildirilir. Hücum nəticəsində ölkənin şərqində güclü partlayışlar baş verib.
Məlumata görə, hücumun hədəfi ABŞ hərbçilərinin də yerləşdiyi “Əz-Zərqa” hərbi bazası və “Muvaffaq Salti” aviabazası olub.
Hücumdan dərhal sonra İordaniyanın bir sıra bölgələrində hava həyəcanı siqnalları işə düşüb, əhali arasında təşviş yaşanıb. Hazırda bölgədə vəziyyətin olduqca gərgin olduğu bildirilir.
Hadisənin nəticələri və dəymiş ziyan barədə hələlik rəsmi məlumat verilməyib.