Ankarada baş tutan NATO Liderlər Sammiti yekun sənədin – “Ankara Bəyannaməsi”nin qəbul edilməsi ilə başa çatıb. Sənəddə üzv dövlətlər kollektiv müdafiəyə və transatlantik birliyə bağlılıqlarını rəsmi şəkildə bir daha təsdiq ediblər.
Müdafiə xərcləri və Rusiya təhdidi
Bəyannamə Rusiyanın Avro-Atlantik təhlükəsizliyinə uzunmüddətli təhdid törətdiyini açıq şəkildə qeyd edir. Bu fonun müdafiə imkanlarının gücləndirilməsinə xüsusi diqqət ayrılıb: müttəfiqlərin 50 milyard ABŞ dollarından artıq dəyərdə yeni müdafiə məhsulları alacağı bildirilir.
Ukraynaya maliyyə dəstəyi
NATO liderləri Ukraynaya dəstəyin davam edəcəyini bir daha qeyd ediblər. Bəyannaməyə görə, 2026-cı ildə hərbi texnika, humanitar yardım və təlim proqramları üçün 70 milyard avro ayrılacaq. 2027-ci ildə isə dəstək həcminin ən azı eyni səviyyədə saxlanılması öhdəliyi götürülüb.
İrana çağırış
Sənəddə İranla bağlı ayrıca mövqe yer alıb: müttəfiqlər İranın nüvə silahı əldə etməməli olduğunu vurğulayıb. Bundan əlavə, Tehran Hörmüz boğazında gəmi hərəkətinin azadlığına riayət etməyə çağırılıb.