22 Tammuz 5786 7 iyul 2026 🕯️ Şam yandırma — 19:55, cümə Şabbatın çıxışı — 21:02, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Təhlil Mədəniyyət Podkastlar Təhsil
Hörmüz riskinə qarşı yeni plan: Səudiyyə neft kəmərini genişləndirir

Hörmüz riskinə qarşı yeni plan: Səudiyyə neft kəmərini genişləndirir

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Təhlil
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Səudiyyə Ərəbistanı neft ixracının təhlükəsizliyini artırmaq və regional riskləri minimuma endirmək məqsədilə əsas enerji marşrutlarından biri olan “Şərq–Qərb” (East-West Pipeline) neft kəmərinin ötürücülük qabiliyyətinin genişləndirilməsi imkanlarını nəzərdən keçirir.

Beynəlxalq KİV-in yaydığı məlumata görə, layihənin əsas məqsədi ölkənin neft ixracının mühüm hissəsini Hörmüz boğazından yan keçirməklə Qırmızı dəniz sahilində yerləşən Yanbu limanına çatdırmaqdır. Bu addım Hörmüz boğazında mümkün geosiyasi gərginliklərin və dəniz daşımalarına yarana biləcək risklərin Səudiyyə Ərəbistanının enerji ixracına təsirini azaltmağa hesablanıb.

Hazırda “Şərq-Qərb” neft kəmərinin gündəlik ötürücülük gücü təxminən 7 milyon barrel təşkil edir. Bu həcmin təxminən 2 milyon barreli ölkənin qərbində yerləşən neft emalı zavodlarında emal olunur, qalan 5 milyon barrel isə Yanbu limanı vasitəsilə beynəlxalq bazarlara ixrac edilir.

Məlumata əsasən, Ər-Riyad kəmərin ötürücülük qabiliyyətini əlavə 2 milyon barrel artırmaq variantlarını araşdırır. Bunun üçün ya mövcud infrastrukturun modernləşdirilməsi, ya da yeni paralel neft kəmərinin inşası nəzərdən keçirilir.

Bildirilir ki, layihə region ölkələrinin də marağına səbəb olub. Belə ki, Küveyt, Bəhreyn və Qətər hazırda Hörmüz boğazından yan keçən alternativ neft ixrac marşrutuna malik deyil. Bu səbəbdən Səudiyyə Ərəbistanının təşəbbüsü gələcəkdə regional enerji təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət daşıya bilər.

Layihə ilə bağlı hələlik yekun qərar qəbul edilməyib və müzakirələr ilkin mərhələdə davam edir. Genişləndirmə planının əsas məqsədi Səudiyyə Ərəbistanının neft tədarükünü daha dayanıqlı etmək, ixrac marşrutlarını şaxələndirmək və qlobal enerji bazarında mümkün fasilələrin qarşısını almaqdır.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Hörmüz riskinə qarşı yeni plan: Səudiyyə neft kəmərini genişləndirirjnews.az səsləndirməsi