21 Tammuz 5786 6 iyul 2026 🕯️ Şam yandırma — 19:55, cümə Şabbatın çıxışı — 21:02, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Təhlil Mədəniyyət Podkastlar Təhsil
Külək güclənəcək: Bakıda və bir sıra rayonlarda sarı xəbərdarlıq

Külək güclənəcək: Bakıda və bir sıra rayonlarda sarı xəbərdarlıq

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq yayıb.

Qurumun məlumatına görə, xəbərdarlıq Bakını və Abşeron yarımadasını, həmçinin Naxçıvan Muxtar Respublikası və ölkənin bir çox rayonunu əhatə edir.

Proqnoza əsasən, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şirvan, Qobustan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Neftçala, Salyan, Lənkəran, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Mingəçevir, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında şimal-qərb küləyinin sürətinin 13,9–20,7 m/s təşkil edəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidməti əhaliyə küləkli hava şəraitini nəzərə almağı və təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Külək güclənəcək: Bakıda və bir sıra rayonlarda sarı xəbərdarlıqjnews.az səsləndirməsi