21 Tammuz 5786 6 iyul 2026 🕯️ Şam yandırma — 19:55, cümə Şabbatın çıxışı — 21:02, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Təhlil Mədəniyyət Podkastlar Təhsil
Azərbaycan Rusiyaya etiraz notası verdi: Səfir XİN-ə çağırılıb

Azərbaycan Rusiyaya etiraz notası verdi: Səfir XİN-ə çağırılıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovu nazirliyə dəvət edib.

XİN-in Mətbuat xidməti bildirib ki, görüş zamanı iyulun 5-i axşam saatlarında Ukraynanın Mikolayiv vilayətində yerləşən SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinə pilotsuz uçuş aparatı ilə edilən hücumla bağlı Rusiyaya kəskin etiraz ifadə olunub və rəsmi nota təqdim edilib.

Qeyd olunub ki, bu, SOCAR obyektlərinin hədəfə alındığı ilk hadisə deyil. Daha əvvəl Ukraynada şirkətə məxsus qazpaylayıcı kompressor stansiyası və Odessadakı neft bazası da hücumlara məruz qalıb. Nəticədə ciddi maddi ziyan dəyib, həmçinin şirkətin əməkdaşları arasında yaralananlar olub.

Azərbaycan tərəfi vurğulayıb ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq bu cür insidentlərin təkrarlanması hücumların məqsədyönlü xarakter daşıdığına dair ciddi narahatlıq yaradır.

Görüşdə həmçinin Kiyevdəki Azərbaycan səfirliyinin və Xarkovdakı fəxri konsulluğun binalarına ziyan vuran hava hücumları da gündəmə gətirilib. Diplomatik və konsulluq nümayəndəliklərinin toxunulmazlığının təmin edilməsinin, beynəlxalq hüququn, o cümlədən Vyana konvensiyalarının tələblərinə əməl olunmasının vacibliyi diqqətə çatdırılıb.

XİN Rusiya tərəfini qeyd olunan bütün faktlar üzrə hərtərəfli araşdırma aparmağa, baş vermiş hadisələrə rəsmi izahat verməyə və mülki obyektlərin, eləcə də diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin olunması ilə bağlı beynəlxalq öhdəliklərə riayət etməyə çağırıb.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Azərbaycan Rusiyaya etiraz notası verdi: Səfir XİN-ə çağırılıbjnews.az səsləndirməsi