21 Tammuz 5786 6 iyul 2026 🕯️ Şam yandırma — 19:55, cümə Şabbatın çıxışı — 21:02, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Təhlil Mədəniyyət Podkastlar Təhsil
Qırğızıstanın ABŞ-dakı səfiri: “Tramp İlham Əliyevi G20 Sammitinə dəvət edib”

Qırğızıstanın ABŞ-dakı səfiri: “Tramp İlham Əliyevi G20 Sammitinə dəvət edib”

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Siyasət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi bu ilin dekabrında Mayami şəhərində keçiriləcək G20 Liderlər Sammitinə şəxsi qonaq qismində dəvət edib.

Bu barədə Qırğızıstanın ABŞ-dakı səfiri Aibek Moldoqaziyev Vaşinqtonda yerləşən “Hudson Institute” analitik mərkəzində keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Diplomatın sözlərinə görə, Tramp G20 sammitinə yalnız G20-yə üzv ölkələrin liderlərini deyil, Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərini də şəxsi qonaqları qismində dəvət edib.

“Prezident Trampın Qazaxıstan, Özbəkistan və Azərbaycan prezidentlərini dəvət etməsindən böyük qürur duyuruq. Onlardan yalnız birinin belə dəvət alması bizi çox sevindirərdi, lakin hər üç lider G20 sammitində onun şəxsi qonaqları olacaq”.

Məlumata görə, G20 Liderlər Sammiti 14–15 dekabr 2026-cı il tarixlərində ABŞ-ın Mayami şəhərində keçiriləcək. Sammitin rəsmi internet səhifəsində Azərbaycan da dəvət olunmuş ölkələr siyahısında yer alıb.

Qeyd edək ki, G20 dünyanın ən böyük iqtisadiyyatlarını bir araya gətirən əsas beynəlxalq platformalardan biridir. Üzv olmayan ölkələrin liderləri isə adətən ev sahibi ölkənin dəvəti ilə sammitdə iştirak edirlər.

ABŞ administrasiyası və Azərbaycan Prezidentinin Mətbuat Xidməti hələlik dəvətlə bağlı rəsmi açıqlama verməyib.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Qırğızıstanın ABŞ-dakı səfiri: “Tramp İlham Əliyevi G20 Sammitinə dəvət edib”jnews.az səsləndirməsi