Azərbaycan Hava Yolları (AZAL) Bakı–Naxçıvan–Bakı marşrutu üzrə 5 iyul 2026-cı il tarixinə planlaşdırılan bir sıra reyslərdə gecikmələrin və ya təxirəsalmaların mümkün olduğunu açıqlayıb.
Məlumata görə, buna səbəb Naxçıvan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitidir. Aviaşirkət qeyd edib ki, reyslərlə bağlı baş verə biləcək dəyişikliklər barədə sərnişinlərə əlavə məlumat veriləcək.
AZAL vurğulayıb ki, bütün qərarlar sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir. Bildirilib ki, uçuşlarla bağlı tədbirlər beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir.