17 Tammuz 5786 2 iyul 2026 🕯️ Şam yandırma — 19:58, cümə Şabbatın çıxışı — 21:04, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Təhlil Podkastlar Mədəniyyət Xəbərlər
Trampın korteji gündəm oldu: Onu tarixi geyimli atlılar qarşıladı

Trampın korteji gündəm oldu: Onu tarixi geyimli atlılar qarşıladı

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Dünya
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

ABŞ Prezidenti Donald Trampın Medora şəhərinə səfəri qeyri-adi görüntülərlə yadda qalıb. Prezidentin limuzinini şəhər küçələrində XIX əsrin məşhur “Rough Riders” könüllü süvari dəstəsinin tarixi geyimlərini geyinmiş atlılar müşayiət edib.

Tramp yeni tikilmiş Teodor Ruzvelt Prezident Kitabxanasının açılış mərasiminə qatılmaq üçün Şimali Dakotaya səfər edib. Tədbir ABŞ-ın Müstəqillik Bəyannaməsinin imzalanmasının 250 illiyi münasibətilə keçirilən “Freedom 250” proqramı çərçivəsində təşkil olunub.

Prezident xüsusi qatarla şəhərə çatdıqdan sonra onu tarixi geyimdə olan atlılar qarşılayaraq kortejini kitabxanaya qədər müşayiət ediblər. Bu mərasim ABŞ-ın 26-cı prezidenti Teodor Ruzveltin irsinə ehtiram əlaməti olaraq təşkil edilib. Məhz Ruzvelt XIX əsrin sonlarında ABŞ tarixində məşhur olan “Rough Riders” könüllü süvari dəstəsinə rəhbərlik edib.

Səfər zamanı maraqlı anlar da yaşanıb. “The Guardian” nəşrinin yazdığına görə, atlılar şəhər küçələrində hərəkət edərkən yol örtüyündə nəzərəçarpan izlər buraxıblar. Daha sonra onlar Burning Hills Amfiteatrında keçirilən tədbirdə səhnəyə düzülərək Trampın təxminən bir saat davam edən çıxışını müşayiət ediblər.

Qeyd edək ki, 450 milyon dollara başa gələn Teodor Ruzvelt Prezident Kitabxanası ABŞ-da təbiətin mühafizəsi siyasətinin əsasını qoyan Teodor Ruzveltin vaxtilə yaşadığı və fəaliyyət göstərdiyi bölgədə inşa edilib.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Trampın korteji gündəm oldu: Onu tarixi geyimli atlılar qarşıladıjnews.az səsləndirməsi