4 Elul 5786 17 avqust 2026 🕯️ Şam yandırma — 19:13, cümə Şabbatın çıxışı — 20:19, şənbə
TƏCİLİ
Hamısı Dünya Siyasət Cəmiyyət Hadisələr İqtisadiyyat Mədəniyyət Təhlil İdman Texnologiya Təhsil Podkastlar
Leyla Əliyeva Yevlaxın tarixi Cümə məscidini ziyarət edib

Leyla Əliyeva Yevlaxın tarixi Cümə məscidini ziyarət edib

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅

İyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yevlax şəhərinə səfəri çərçivəsində tarixi Cümə məscidində olub.

Səfər zamanı Leyla Əliyeva məscidin daxili quruluşu, burada dini ayinlərin necə icra olunduğu və ibadət edənlər üçün yaradılmış şəraitlə yaxından tanış olub.

Məscidin imamının verdiyi məlumata görə, Cümə məscidi 1998-ci ildə istifadəyə verilib və burada eyni vaxtda 600 nəfərə yaxın şəxs ibadət edə bilir.

İmam həmçinin azad edilmiş ərazilərdə məscidlərin bərpa olunmasının din xadimləri və ibadət əhli arasında böyük məmnunluqla qarşılandığını vurğulayıb. O, Cümə məscidinin də dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirərək, bunun üçün ölkə rəhbərliyinə təşəkkürünü ifadə edib.

Ziyarətin sonunda Leyla Əliyevaya hədiyyə olaraq Qurani-Kərim təqdim edilib.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →