17 Tammuz 5786 2 iyul 2026 🕯️ Şam yandırma — 19:58, cümə Şabbatın çıxışı — 21:04, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Təhlil Podkastlar Mədəniyyət Xəbərlər
İlon Mask bank sektoruna daxil olur: “X Money” istifadəyə verildi

İlon Mask bank sektoruna daxil olur: “X Money” istifadəyə verildi

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
İqtisadiyyat
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

İlon Maska məxsus “X” platforması ABŞ-da yeni maliyyə xidməti olan “X Money”-nin mərhələli istifadəsinə başlayıb. Yeni xidmət istifadəçilərə ani pul köçürmələri, ödənişlər, bank əməliyyatları, debet kartından istifadə və hesabdakı vəsaitdən faiz gəliri əldə etmək imkanı yaradır.

Hazırda “X Money” yalnız ABŞ-da mərhələli şəkildə istifadəyə verilir. İlk mərhələdə xidmət yalnız Premium+ abunəçiləri üçün əlçatan olsa da, artıq verifikasiyadan keçmiş digər istifadəçilər də platformadan istifadə edə bilirlər.

Yeni maliyyə xidməti vasitəsilə istifadəçilər bir-birinə real vaxt rejimində pul köçürə, hesablarını ödəyə və bank köçürmələrini həyata keçirə biləcəklər.

Platformanın diqqət çəkən xüsusiyyətlərindən biri hesabda saxlanılan vəsaitə illik 6 faizə qədər gəlir təklif etməsidir. Bundan əlavə, “Visa” debet kartı ilə edilən alış-verişlərə görə istifadəçilərə 3 faizə qədər keşbek təqdim olunur.

Müştərilərin vəsaiti ABŞ-ın “Cross River Bank” bankında saxlanılır və ölkənin əmanətlərin sığortalanması sistemi çərçivəsində 250 min ABŞ dollarına qədər sığortalanır. Premium+ istifadəçiləri üçün isə sığorta limitinin 10 milyon ABŞ dollarına qədər artırılması nəzərdə tutulur.

Qeyd edək ki, “X” şirkəti bank lisenziyasına malik deyil. Platforma maliyyə xidmətlərini “Banking-as-a-Service” (BaaS) modeli əsasında tərəfdaş banklarla əməkdaşlıq çərçivəsində təqdim edir.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
İlon Mask bank sektoruna daxil olur: “X Money” istifadəyə verildijnews.az səsləndirməsi