Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Tədbir İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə birgə təşkil olunub.
Konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin rəsmiləri, xarici ölkələrin nümayəndələri, diplomatik korpusun təmsilçiləri və deputatlar iştirak edirlər.
Tədbirə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, həmçinin İşçi Qrupunun rəhbəri olan Qəzənfər Əhmədov moderatorluq edir.



