15 Tammuz 5786 30 iyun 2026 🕯️ Şam yandırma — 19:58, cümə Şabbatın çıxışı — 21:04, şənbə
TƏCİLİ
Hamısı Siyasət Dünya Cəmiyyət Hadisələr İqtisadiyyat İdman Texnologiya Podkastlar Mədəniyyət Təhlil Xəbərlər
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıb

i Saytda dərc olunan materiallar redaksiya tərəfindən yoxlanılır. Müəlliflərin fikri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
Cəmiyyət
📅
Oxumağa vaxtınız yoxdur?Məqaləni dinləyə bilərsiniz — jnews.az səsləndirir

Azərbaycanda Milli Məlumat Hövzəsi təsis edilib. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iyunun 29-da məlumat verib.

Nazir bu açıqlamanı Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında səsləndirib. Onun sözlərinə görə, hazırda dövlət informasiya sistemlərinin hökumət buluduna köçürülməsi və yeni data mərkəzinin tikintisi istiqamətində işlər aparılır.

Rəşad Nəbiyev "mygov" platformasının xidmət dairəsinin genişləndirildiyini də qeyd edib. O bildirib ki, son üç ay ərzində istifadəçilərin sayı 2,7 milyondan 3,5 milyona çatıb. Artıq bir neçə tətbiq platformaya inteqrasiya olunub.

Nazir ilin sonuna qədər daha yeddi dövlət tətbiqi üzrə xidmətlərin vətəndaşların istifadəsinə veriləcəyini də əlavə edib. Fəaliyyət planının əsas prioritetlərindən birinin süni intellekt olduğunu vurğulayan Nəbiyev, "mygov" və digər dövlət qurumlarında müvafiq həllərin tətbiqinin artırıldığını və virtual vətəndaş köməkçisinin istifadəyə verildiyini söyləyib.

PaylaşFacebookTelegramWhatsApp
jnews.az redaksiyası

Xəbər portalının redaksiyası.

Müəllifdən daha çox →
Azərbaycanda Milli Məlumat Hövzəsi yaradılıbjnews.az səsləndirməsi