Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilib.
Mərasimdə dövlət və hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, şairin ailə üzvləri, qələm dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra Nəriman Həsənzadənin nəşi Birinci Fəxri xiyabana aparılıb və burada torpağa tapşırılıb. Dəfn mərasimində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən göndərilmiş əklil də qoyulub.
Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi zəngin poetik irsi və dramaturji əsərləri ilə milli ədəbiyyatın inkişafına mühüm töhfələr verib.
