Yunanıstanın Krit adasında meşə yanğınları ilə mübarizə ikinci gündür davam edir. Şiddətli yanğınlar Avropanın müxtəlif ölkələrini əhatə edən geniş yanğın dalğasının bir hissəsi hesab olunur.
Çərşənbə günü Krit adasında və Yunanıstanın materik hissəsində güclü küləklərin təsiri ilə alovun sürətlə yayılması yanğınsöndürmə işlərini çətinləşdirib. Yanğınlarla mübarizə zamanı üç yunan yanğınsöndürən həlak olub, daha iki nəfər isə yüngül xəsarət alıb.
Yunanıstandakı vəziyyət İspaniya və Fransada günlərdir davam edən dağıdıcı meşə yanğınlarından sonra daha da gərginləşib. Hazırda Avropanın bir sıra ölkələrində fövqəladə xidmətlər alovun yaşayış məntəqələrinə və meşə ərazilərinə yayılmasının qarşısını almaq üçün mübarizəni davam etdirirlər.
Mənbə: france24.com
